İranın yeganə qadın olimpiya mükafatçısı Kimya Əlizadə ölkəsini tərk etdiyini və Avropaya sığındığını bəyan edib.
Qol.az "musavat.com"a istinadən xəbər verir ki, "İcazə verin başsağlığı ilə başlayım", deyən 21 yaşlı qız “İnstaqram” postunda verdiyi qərarın səbəbini izah edib: "Mən İranda zülmə məruz qalan milyonlarla məzlum qadınlardan biriyəm. Onlar nə vaxtdır ki, bizim taleyimizlə oynayırlar".
Kimya Əlizadə 2016-cı il Rio Olimpiadasında 57 kq. çəki dərəcəsində taekvondo üzrə bürünc medala sahib olub.
İranda "zəlzələ (sunami) " ləqəbi ilə tanınan Kimya xanım doğma ölkəsini Tehrandakı rejimə müxalif olduğuna görə tərk etdiyini açıqlayıb.
"Məni istədikləri yerə apardılar. Nə deyirdilər, onu geyirdim. Bizləri istismar etdirdilər”, deyə idmançı xanım yazır: "Mən onlar üçün vacib deyildim. Heç birimiz onlar üçün əhəmiyyət kəsb etmirdik, biz onlar üçün alət idik".
Kimya Əlizadə vurğulayır ki, molla rejimi medallarını bəyənsə də, seçdiyi idman növünü tənqid edirmiş: "Qadının fəziləti ayaqlarını uzatmaq (şpaqat) deyil! "
Bu barədə ilk xəbər cümə axşamı ortaya çıxıb, bəzi iranlılar onun hazırda Niderlanda olduğunu söyləyir. Ancaq idmançının hansı ölkədə olması bəlli deyil.
Cümə günü İran Taekvondo Federasiyasının rəhbəri Seyid Məhəmməd Pouladgar bildirib ki, Kimya Əlizadənin atası və məşqçisinə tətilə getdiyini deyib və tətil xərclərinin İran hökuməti tərəfindən ödənildiyini iddia edib. O, xarici mediada yayılan siyasi motivli şayiələri rədd edib.
Kimya Əlizadə şənbə günü yayılan şayiələri təsdiqləyərək, riyakarlıq, yalan, haqsızlıq və yaltaqlıq masasında oturmaq fikrində olmadığını və rejimin "korrupsiya və yalanlarında" iştirak etmək istəmədiyini söyləyib: "Narahat ruhum sizin çirkli iqtisadi əlaqələrinizə və sıx siyasi lobbi xidmətlərinə uyğun gəlmir. Tək istədiyim şey taekvondo ilə məşğul olmaqdır. Təhlükəsiz və xoşbəxt və sağlam bir həyat istəyirəm".
O, Avropaya dəvət olunmadığını da vurğulayıb, bu qərarın olimpiya qızıl medalı qazanmaqdan daha çətin olduğunu söyləyib: "Mən harada olsam da, İranın qızı olaraq qalıram".
ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus Kimya Əlizadənin Avropaya sığınmasına belə münasibət bildirib: "İran qadınlara güc və dəstək verməyi öyrənməyincə daha güclü qadınları itirəcək".
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?
Neymar 3 ay yarımdan sonra qol vurdu
İlin futbolçusu seçildi
Millimizdən 2 məğlubiyyət
Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı