U-21 millimizin üzvü Fərid Nəbiyev Çexiyada klubunu dəyişib.
Qol.az xəbər verir ki, “Slaviya”dan (Praqa) ayrılan 20 yaşlı hücumçu ölkənin ikinci liqa təmsilçisi “Viktoriya Jijkov"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
F.Nəbiyev yeni klubunda bu gün debüt də edib. O, “Budeyoviçe” ilə yoxlama matçında iştirak edib. Millimizin oyunçusu komandasının 7:1 hesabı ilə qalib gəldiyi yoxlama görüşdə 32 dəqiqə meydanda olub və het-trikə imza atıb.
Xatırladaq ki, Fərid “Slaviya”da 2018-ci ildən çıxış edirdi. O, bu komandanın əvəzedici komandasının üzvü idi.
Qeyd edək ki, “Viktoriya Jijkov" ikinci liqada 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Feysbukda da izləyin!
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq