"Sabah" oyunun vaxtını açıqladı

"Sabah" oyunun vaxtını açıqladı
XƏBƏR 10 Yanvar 2020 / 21:31 1495
-  A +

“Sabah”ın Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunun başlama saatı müəyyənləşib.

Qol.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Macarıstanın “Pakş” klubuna qarşı matç sabah yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) başlayacaq. Görüş Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, qarşılaşma “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.


Son xəbərlər