"Mövsümün sonunda qalibin kim olacağı haqda danışmaq çox tezdir. Bütün diqqətimizi təlim-məşq toplanışına yönəltmişik. Mövsümü maksimum nəticə ilə başa vurmaq üçün əlimizdən gələni etməyə çalışacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin "CBC Sport"a açıqlamasında deyib.
Çempionluq şanslarını dəyərləndirən italiyalı mütəxəssis "Qarabağ"la 6 xallıq fərqin olmasına baxmayaraq, hələ də şanslarının qaldığını və çempion olmaq üçün əllərindən gələni edəcəklərini bildirib:
"Qarabağ"la 6 xallıq fərq hələ heç nə demək deyil. Ötən mövsüm göstərdi ki. hər şeyi dəyişmək mümkündür. Amma unutmaq olmaz ki, biz yalnız "Qarabağ"la mübarizə aparmırıq. Ancaq irəli baxıb, hər oyundan maksimum nəticə ilə ayrılmaq lazımdır".
Bordin "Səbail"dən icarədən qayıdan Mirabdulla Abbasov və mümkün transferlər haqda da danışıb: "Mirabdulla yüksək səviyyəli futbolçudur. Onun komandaya qayıdışına çox sevindim. Ötən mövsüm əla oyunlar keçirmişdi. Yeni transferlərin olub-olmayacağı isə Türkiyədəki hazırlıqlardan sonra məlum olacaq. Yoldaşlıq oyunlarında hansısa mövqelərdə boşluqlar görsək, elə həmin mövqeyə futbolçu alacağıq".
Arteta, Qvardiola...
Avropa Liqasında 16 oyun
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" dastan yazır! - 2:0
Bernardo Silva transfer xəbərlərinə cavab verdi
Mourinyo Diasın transferini istəyir
Xulian Alvares “Atletiko”da qalacağını açıqladı
İlin ən yaxşı futbolçusu seçildi
“Qarabağ”ın “Kopenhagen”lə oyun üçün - Heyəti
Aqil Nəbiyev: “İnanıram ki, kuboku qazanacağıq”