Zidana kəllə, Materatsiyə söz atdı - Video

Zidana kəllə, Materatsiyə söz atdı -  Video
VİDEO 6 Yanvar 2020 / 12:00 5592
-  A +

"Almeriya" klubunun sahibi Türki Əl-Şeyx "Real"ın baş məşqçisi Zinəddin Zidanla maraqlı videosunu paylaşıb.

Qol.az xəbər verir ki, ərəb funksioner zarafatla fransalı mütəxəssisin sinəsindən kəllə vurub.

Əl-Şeyx bununla DÇ-2006-nın finalında Zidanın İtaliya millisinin müdafiəçisi Marko Materatsiyə qarşı etdiyi hərəkəti təkrarlayıb. O, sözügedən videonu "twitter"də paylaşdıqdan sonra italiyalı veteran futbolçuya söz atıb: "Çətin idi, elə deyilmi? Ərəb qanı!".

Materatsi də öz növbəsində atmacanı cavabsız qoymayıb: "Salam, boss. İşlər necədir? Ümid edirəm ki, tezliklə görüşəcəyik".

Zidanla görüşdə həmçinin onun "Real"dan keçmiş komanda yoldaşı, "Almeriya"nın baş məşqçisi Quti də iştirak edib.




Bizi Feysbukda da izləyin!

Daha çox


Son xəbərlər
28.10.25  15:00

"Bayer"də ciddi itki