"Azərbaycanlı qardaşlarımızın dəstəyi ilə "Uembli"də final oynayacağıq"

"Azərbaycanlı qardaşlarımızın dəstəyi ilə "Uembli"də final oynayacağıq"
XƏBƏR 3 Yanvar 2020 / 11:41 3653
-  A +

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem  Kasapoğlu  ölkəsinin futbol millisinin Avro-2020-dəki şanslarını dəyərləndirib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yığmanın qrup mərhələsinə keçəcəyinə inandığını deyib:  “Milli komandamızın “Avro-2020″nin seçmə mərhələsində zəfəriylə iddiamız artdı. Mən millimizin Azərbaycan xalqının dəstəyilə qrup səddini keçəcəyinə, hətta “Uembli”də final oynayacağına inanıram. Bizim üzərimizə düşən bu yolda millimizə hərtərəfli dəstək olmaqdır. Bu, hamımızın komandasıdır və bu yığmaya sahiq çıxmalıyıq".

Xatırladaq ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsi çərçivəsində iki oyununu Bakıda keçirəcək. Komanda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda