"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının təqvimini tənqid edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bəzi komandaların yeni il öncəsi 48 saatda 2 matç oynamağını düzgün hesab etməyib: "Bu təqvim cinayətdir. Ayın 26-sı və 28-i oyun keçirməməlidir. Biz yeni il öncəsi ayın 26-ı və 29-u oynayacağıq. Təsəvvür edin, bu, bizim üçün tətil kimi olacaq. Bəzi komandaların 48 saat ərzindı iki oyun oynamasına səbəb yoxdur".
Klopp eyni zamanda edilən şikayətlərə məhəl qoyulmadığını söyləyib: "Biz nə istədiyimizi söyləyə bilərik, amma kimsə bizi dinləmir. Hər il bəzi komandalar 26 və 28 dekabrda oyuna çıxır. İdman elmi belə bu cür vəziyyətdə sizə kömək edə bilmir. Çünki orqanizmin yaxşı işləməsi üçün istirahətə ehtiyacı var. Bu elmdir. Amma biz buna belə məhəl qoymuruq".
Bizi Feysbukda da izləyin!
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı