"Zirə" Antalyaya gedir - Rəqiblər bəllidir

"Zirə" Antalyaya gedir -  Rəqiblər bəllidir
ÖLKƏ FUTBOLU 24 Dekabr 2019 / 12:50 1908
-  A +

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı bəlli olub.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 3-dən Bakıda bir araya gələcək. Ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək. 

"Zirə" qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. ”Zirə" yanvarın 22-də Bakıya dönəcək.

Daha çox


Son xəbərlər