"Nəticəyə görə təəssüflənirik" - "Düdelanj"ın baş məşqçisi

"Nəticəyə görə  təəssüflənirik" - "Düdelanj"ın baş məşqçisi
XƏBƏR 13 Dekabr 2019 / 00:25 3850
-  A +

"Nəticəyə görə çox təəssüflənirik. Oyundan isə razıyam. Üstünlüyümüz görünürdü".
 
Qol.az xəbər verir ki, bu sözləri Lüksemburqun "Düdelanj"ının baş məşqçisi Bertran Krasson UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı  turunda Bakıda "Qarabağ"la oyundan (1:1) sonra deyib.
 
48 yaşlı mütəxəssisin sözlərinə görə, əsas vaxtda əlavə olunmuş dəqiqədə qol buraxdıqları üçün üzlürlər: "Qarabağ" kimi komandaya qarşı bu cür oyundağımız üçün fəxr edirik. Lakin rəqibin 90+1-ci dəqiqədə, üstəlik, 1 nəfər azlıqda oynadığı halda hesabı bərabərləşdirməyi bizi məyus edir. Oyunçularımdan razıyam. Hər biri üzərinə düşən öhdəliyi yerinə yetirdi. Komandada irəliləyiş görürəm. Böyük potensial var"
 
Cəzalı olduğu üçün oyunu tribunadan izləyən Krasson köməkçisi ilə telefon vasitəsi ilə əlaqə saxladığını bildirib: "Oyunun nəticəsinin heç bir önəmi olmasa da, hər bir matç yeni macəra və təcrübədir. Bu oyunda bir çox futbolçular özlərini göstərdi. Bəziləri gözləmədiyim performans sərgilədilər. Kollektiv şəkildə yaxşı oyandılar".
 
Lüksemburqda "Qarabağ"ın 4:1 hesabı ilə qalib gəldiyi oyunda erməni təxribatı ilə yadda qalıb. Baş məşqçi isə Bakıdakı qonaqpərvərlikdən razı qalıb: "Buradakı şəraitdən, insanlardan çox məmnun olduq. Bura bir də gəlmək istəyərəm".

Son xəbərlər