"Son qələbənin ardından hamının əhvalı yaxşıdır. Klubumuzu tanıtmağa ehtiyac yoxdur. Ölkənin ən titullu, ən çox azarkeşə sahib komandasıyıq. Tarix boyu klubumuz nəinki Bakını, bütün ölkəni təmsil edib. Türkiyədə böyük “dördlük” varsa, Azərbaycanı təmsil edən klubların başında həmişə "Neftçi" gəlib. Türkiyə yığması Avropa çempionatında oyunlarını Bakıda keçirəcək. Onlara uğurlar arzulayıram".
Bunu "Neftçi"nin prezidenti Kamran Quliyev "Buta Global Enerji-Tekstil" şirkəti ilə əməkdşalıq müqaviləsinin imzalanma mərasimdə deyib. Onun sözlərinə görə, rəhbəri olduğu klub hər şirkətlə işləyə bilməz: "Biz yeni ortaqlar axtarırıqsa, bəzi təşkilatlar da bizimlə əməkdaşlıqda maraqlıdır. Onlar da özlərini daha geniş auditoriyaya çatdırmaq istəyirlər. “Sarar” markası Azərbaycanda çox tanınan, qapılarını müştərilərə açan brenddir. Türkiyədə böyük ticarət mərkəzlərində bu brendi görmüşəm. “Neftçi” hər brendlə işləyə bilməz. “Sarar” adına görə də, işinə və səviyyəsinə görə də “Neftçi”nin uzunmüddətli partnyoru ola bilər. Bu şirkətə təşəkkürümü bildirmək istəyirəm. “Neftçi” ailəsinə xoş gəlmisiniz. İnanıram ki, azarkeşlər bu markanı daha yaxın hiss edəcəklər".
K.Quliyev bildirib ki, hazırkı çətin dövründə Azərbaycan futboluna dəstək olmaq ciddi addımdır: "Futbolumuz parlaq dönəm yaşamır, çətinliklər mövcuddur. Hər dövrün öz göstəricisi var. Bəzən komandalarımız daha yaxşı çıxış edir. Futbolda sabitlik formulu yoxdur. Bu dövrdə hər hansı təşkilat futbola dəstək verirsə, yatırım edirsə, bu, alqışalayiqdir. İnanmaq istəyirəm ki, digər şirkətlər də futbola dəstək olacaq, futbol xalq oyunudur. Biz digər idman növlərində uğur qazanırıq, amma futbola maraq sönməyib. İstənilən dövrdə bu idman növünü izləyənlər çox olub. Belə çətin dövrdə futbola dəstək olmaq böyük işdir. Buna görə təşəkkür edirik".
Klub prezidenti daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- "Sarar"ın “Qəbələ” ilə müqaviləsi olub. Onların aqibəti göz önündədir. Qorxmursunuz ki, eyni durumla üzləşəcəksiniz?
- “Qəbələ”nin son illərdə qazandığı uğurlar Azərbaycan futbolu üçün nümunədir. Xüsusən də uşaq futbolu ilə bağlı. İnanıram ki, “Qəbələ”nin aqibəti yaxşı olacaq. “Sarar"ın “Qəbələ”yə xeyri dəyib, ziyanı olmayıb.
- Ötən il Türk Hava Yolları ilə müqavilə bağlamışdınız. Bəlkə, bunun yolunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə də öyrədəsiniz. Həmişə gileylənir ki, sponsorlar gəlmir...
- Bu, son müqavilə deyil. Gələcəkdə də tərəfdaşlarımız olacaq. Bu prizmadan baxmazdım. Əvvəllər PFL-in “Unibank”, “Topaz” kimi sponsorları olub. İnanmaq istəyirəm ki, PFL-in də işi alınacaq. Ramin müəllim təcrübəli adamdır. PFL-ə yeni sponsor arzulayıram (Report).
Leandronun 100-cü oyunu
“Qarabağ”ın Xankəndiyə səfəri nəzərdə tutulur
5 qol vuruldu, "Liverpul" uduzdu
Kadidən gözəl qol, Koxalskidən “qızıl qurtarış” - Video
"Qarabağ" "Zirə"ni, "Kəpəz" "Sabah"ı məğlub etdi
İngiltərə Premyer Liqasını tərk edəcəkləri rəsmiləşdi
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Berezutski: “Elvin Camalov özünü çox qeyri-peşəkar apardı”
Tahir Gözel Zubiri mükafatlandırdı - Şəkillər
Azər Bağırov qələbəyə belə şərh verdi
"Kəpəz"in qələbəsindən - Video
"Qarabağ" - "Zirə" matçı üçün - Heyətlər
“Vinisius 50 avromu hələ də verməyib”
Masazırdakı oyunda zədə aldı, meydanı xərəkdə tərk etdi
“Qarabağ”lı futbolçulardan Qurban Qurbanova sürpriz - Video
“Fənərbaxça”nın sabiq futbolçusu xəstəxanaya yerləşdirildi
"Sabah" - "Kəpəz”: Heyətlər
Liqa 1 tarixinin rekordu
Fofana əməliyyat olundu, mövsümü erkən bitirdi
Rafinya hakimə niyə hücum edib?
Ərəb fanatlardan bənzərsiz koreoqrafiya - Video
"Real" son 11 mövsümün antirekordunu təkrarladı
Avropa kubokunda ilk gündə 2 qızıl, 2 bürünc medal
"Barselona" "Betis"lə bacarmadı - Video
Mourinyonun cəzası açıqlandı
PSJ-nin çempionluğu rəsmiləşdirdiyi matç - Video
Emil Mustafayev ehtiyatda qaldı
“Borussiya”dan böyük hesablı qələbə - Video