Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.
Qol.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ilk matçda "Qarabağ"la "Sumqayıt" qarşılaşıb. Abşeron İdman Olimpiya Kompleksinin stadionunda keçirilən görüşdə "Sumqayıt" son dəqiqələrində vurduğu qolla qalib gəlib.
Çempionatda 4 komanda Qərb bölgəsini - Gəncə və Tovuzu təmsil edir. 4 komanda isə Bakı və Sumqayıtda formalaşıb.
“Qarabağ” komandasının ən yaşlı üzvü Rasim Ələkbərov çempionat keçirildiyi üçün gənclərin amputa futboluna maraq göstərəcəyinə inandığını bildirib: “Məqsədimiz vətənə səngərdə xidmət etdiyimiz kimi burda da xidmət etməkdir. İstəyirik ki, 2020-ci ildəki Avropa çempionatına yollanaq. Hələlik komandaların üzvlərinin sayı azdır. İstəyirik ki, çoxalsın, əlil gəncləri dəvət edirəm, bizə qoşulsunlar. Mən bu yaşlı vaxtımda bacarıramsa, onlar da bacararlar. Hər kəsə qapımız açıqdır”.
“Sumqayıt”ın kapitanı Çingiz Məmmədov da çempionatın təşkilinə sevindiklərini bildirib: “Biz bunun təşkil olunması üçün əlimizdən gələni etdik. 1 ildir ki, amputa futbolu oynayırdıq. Lakin çempionat yox idi. Artıq liqa da var və biz sevinirik. Daha yaxşı olması üçün əlimizdən gələni edəcəyik. Məşqlər də edirik, formalarımız da düzələcək. Getdikcə daha yaxşı çempionat keçirəcəyik”.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!