Tarixdə ilk dəfə 12 ölkədə keçiriləcək AÇ-2020-nin final mərhələsinin biletləri dekabrın 4-dən satışa çıxarılacaq.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, biletlərin hamısı Avropa futbol qurumu tərəfindən satılacaq.
İyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə yığmaları arasında keçiriləcək açılış oyununu canlı izləmək istəyənlər ən azı 50 avro ödəyəcək. Türkiyə millisinin azarkeşlərinə 24 min bilet veriləcək. Lakin İtaliya vətəndaşı olan və Avropa ölkələrində yaşayan çoxlu sayda türkün də "ay-ulduzlular"a dəstək verəcəyi gözlənilir.
Digər matçların biletlərinə gəlincə, UEFA milli gəlir səviyyəsini nəzərə alaraq, Bakı və Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qarşılaşmalara girişi 30 avrodan edib. Qalan şəhərlərdəki oyunlara baxmaq üçün isə minimum 50 avro ödəmək lazım gələcək. Ən bahalı bilet isə 945 avroya olacaq.
UEFA Bakıdakı qarşılaşmalar üçün Türkiyə millisinə və rəqiblərinə hər oyun üçün 20 min bilet verəcək. 30 min bilet isə ev sahibi olan Azərbaycana veriləcək. Bu isə "ay-ulduzlular"ı 70 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda hər oyunda 50 min azarkeşin izləyəcəyi anlamına gəlir. Xarici fanatlara Heydər Əliyev Beynəlxalq Aeroportunda 1 aylıq viza veriləcək.
Qeyd edək ki, Türkiyə millisi Bakıda A qrupunun 2 oyununu keçirəcək. İyunun 17-də rəqib Uels, iyunun 21-də isə İsveçrə olacaq. Bakı Olimpiya Stadionundakı ilk qarşılaşma isə iyunun 13-də Uels və İsveçrə milliləri arasında təşkil ediləcək.
"Qəbələ"nin futbolçusu dünya çempionatında oyuna çıxdı
Çempionlar Liqası: “Real” “Kayrat”a aman vermədi
“Qızıl top"u qazanmadığıma görə məyus deyiləm”
Enrike: "Barselona" mənim evimdir"
"Mançester Siti" Rodrinin yerinə onu istəyir
Millimizin və "Şamaxı"nın futbolçusu əməliyyat olundu
Qarabağ atları Çempionlar Liqasının oyununda!
Oyuna görə sabah Bakı metrosunda iş rejimi dəyişdiriləcək
Özbəkistan millisinə Kannavaro başçılıq edə bilər
“Məşqçi kimi inkişaf etmir” - Okan Burukdan sərt sözlər
"Kopenhagen"in baş məşqçisi "Qarabağ"la oyun haqda
Güləş millimizin III MDB Oyunları üçün heyət açıqlandı
"Səbail" braziliyalı futbolçu transfer etdi
Xviça "Barselona" ilə oyunu buraxacaq
"Arsenal" Saliba ilə müqaviləni uzatdı
"Kopenhagen"lə oyun çox maraqlı olacaq" - Leandro Andrade
Qurban Qurbanovdan "Kopenhagen"lə oyun öncəsi açıqlamalar
"Qalatasaray"la ÇL oyununu buraxacaq
Sektorların üzərinə "Qarabağ" yazıldı - Video
Klopp nədən və niyə narazıdır?
"Tottenhem" ciddi itki ilə üzləşdi
Ayxan Abbasov milliyə baş məşqçi təyin edilib, amma...
"Qarabağ"dan müraciət
"Barselona"dan Niko Uilyams açıqlaması
UEFA İsrail məsələsinə nöqtə qoydu
Əliyar Ağayevə daha bir təyinat
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
"Barselona" Yamalı milliyə buraxmaq istəmir
“Qəbələ”də mövsümün 5-ci debütu
Renat sabiq komandasına qarşı oynadı
“Beşiktaş” 3 xalı 3 qolla qazandı - Video
Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu hədəflədi
Xavi "Mançester Yunayted"i çalışdırmağa hazırdır
"Traktor"dan ÇL-də heç-heçə
Azərbaycan voleybolçularından uğurlu start
Boksçularımız III MDB Oyunlarına qələbə ilə başladılar
UEFA-nın rəsmi saytı “Qarabağ”ın növbəti oyunundan yazdı