“Messinin fanatıyam, amma “Qızıl top”a Van Deyk layiqdir” – Cerrard

“Messinin fanatıyam, amma “Qızıl top”a Van Deyk layiqdir” –  Cerrard
DÜNYA FUTBOLU 29 Noyabr 2019 / 16:52 2691
-  A +

“Liverpul”un sabiq futbolçusu və hazırda “Reyncers”i çalışdıran Stiven Cerrard “Qızıl top”a namizədlər haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, mükafata “Liverpul”un müdafiəçisi Vircil van Deykin layiq olduğunu deyib:

“Əlbəttə ki, mən də bir çoxları kimi Messinin fanatıyam. Bu futbolçunu bəyənirəm. Çoxlu qol və məhsuldar ötürmələri var. Ancaq Çempionlar Liqasının qalibi olmuş, hər matçda qüsursuz çıxış edən və mövsümü ideal keçirən futbolçudan danışırıqsa, bu, Van Deykin “Qızıl top”u qazanmağa layiq olduğunu göstərir”.

Qeyd edək ki, "Qızıl top"un qalibi dekabrın 2-də Parisdə keçiriləcək tədbirdə açıqlanacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord