AFFA hakimi döyən məşqçini 1 illik cəzalandırdı

AFFA hakimi döyən məşqçini 1 illik cəzalandırdı
XƏBƏR 26 Noyabr 2019 / 14:20 2477
-  A +

Saatlının “Təhsil” klubunun U-12 komandasının məşqçisi Mənəf Məmmədov cəzalanıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın İntizam Komitəsi çalışdırıcını 12 ay yarışlardan kənarlaşdırılıb.

Məşqçinin belə ağır cəza almasına U-12 Liqasının, “Ağsu” – “Təhsil” qarşılaşmasındakı davranışı səbəb olub. Hakimə qarşı təhqiredici ifadələr işlədən M.Məmmədov ona fiziki təzyiq göstərib. Hakimin döyülməsini araşdıran komitə ona belə cəza verməyi məqsədəuyğun sayıb.


Son xəbərlər