"Tottenhem" baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərib.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisinin prezidenti Daniel Levi 47 yaşlı mütəxəsssislə yolları ayrılmasının səbəbini belə izah edib: "Bu dəyişikliyi etmək məsələsində tərəddüdlü idik. Çox asan qərar olmadı. Amma ötən mövsümün sonu və bu mövsümün əvvəlindəki nəticələrə görə məyus olduğumuz üçün bu qərarı verməli olduq. Maurisio və köməkçilərinə yaşatdıqları gözəl anlara görə təşəkkür edirik".
Qeyd edək ki, "Tottenhem" ötən mövsüm Çempionlar Liqasının finalında "Liverpul"a 0:2 hesabı ilə uduzub. Komanda bu mövsüm Premyer Liqada 12 turdan sonra 14 xalla 14-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Poçettino 2014/2015 mövsümündən İngiltərə klubunu çalışdırırdı.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı