"Lixtenşteyndə futbola hobbi kimi baxılır"

"Lixtenşteyndə futbola hobbi kimi baxılır"
ÖLKƏ FUTBOLU 14 Noyabr 2019 / 21:06 2904
-  A +

“Həm Azərbaycanın, həm də bizim qol vurmaq üçün şanslarımız oldu. Oyun heç-heçə də başa çata bilərdi”.

Qol.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Lixtenşteyn millisinin baş məşqçisi Martin Stocklasa Avropa çempionatının seçmə mərhələsində bu gün Sumqayıtda yığmamıza uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

O, ilk görüşdə millimizə qalib gəldiklərini xatırladaraq həmin oyunun fərqli oduğunu bildirib: “Azərbaycan millisi daha ehtiyatlı oynadı. Amma bu komandalar arasında keçirilmiş ilk oyunda vəziyyət belə deyildi. Onda komandalar fərqli oyun nümayiş etdirmişdi.

Vaxtilə bura futbolçu kimi də gəlmişdim. O vaxtdan hər iki ölkənin yığma komandalarının inkişaf etdiyini, nəticələrini yaxşılaşdırdığını vurğulaya bilərəm. Lixtenşteyn kiçik ölkə olduğu üçün orada futbola hobbi kimi baxırlar. Bizdə daha çox incəsənətə meyl var. Biz burada daha böyük hesabla məğlub olsaydıq, böyük bir şey olmazdı. Azərbaycan millisinin hazırkı heyətində istedadlı futbolçular var”.
 

Daha çox


Son xəbərlər
15.12.19  12:35

“Çelsi”dən gedir

15.12.19  00:45

Salahın dublu - Video

14.12.19  13:57

Volkov və Alıyev

14.12.19  13:30

Roma Florenzini satır