"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XI turunda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə məğlubiyyəti şərh edib.
- Çox qısa danışacam. Çünki oyunla bağlı deyiləsi çox şey yoxdur. Meydanda iki fərqli komanda gördük. Düzdür, ilk hissədə qol epizodlarımız oldu, oyunu dəyişə bilərdik. Ancaq onları dəyərləndirsəydik belə, bugünkü görüşdə istəkli tərəf "Qəbələ" idi. Komandamı istəksiz görmək mənə çətin idi. İlk dəfə idi, "Səbail" belə istəksiz oynayırdı. Məğlub olduğumuz oyunlar olub ki, komandamı təbrik etmişəm. Çünki tərifəlayiq oyun göstəriblər. Hesab edirəm ki, bu gün ən zəif oyunumuzu nümayiş etdirdik. Detallara çox varmaq istəmirəm. Burada bir çox səbəb ola bilər. Məsuliyyət ilk növbədə məndədir. Bu oyunu tez bir zamanda təhlil edib, fasilədən də yararlanıb, qarşıdakı matça hazırlaşmalıyıq. "Qəbələ"ni isə layiqli qələbə münasibətilə təbrik edirəm.
- "Səbail" 6 oyundur qələbə qazana bilmir. Bütün bunların kökündə komanda ətrafında gəzən söz-söhbət, maliyyə problemi dayanmır?
- Yenə deyirəm, çox səbəb ola bilər. Dəqiq deyə bilmərəm ki, sırf buna görədir. Ara-sıra problemlərimiz oldu. Ancaq bu gün elə ciddi problem yoxdur. Bu məsələyə belə yanaşmaq istəmirəm. Peşəkar komandalarda belə olmamalıdır. Ümumiyyətlə, sadəcə, oyunla bağlı fikir bildirə bilərəm. Ümidli idik ki, bu gün yaxşı oynayıb, xal və ya xallar qazanacağıq. Ancaq alınmadı.Səbəblər barədə hərənin öz fikri ola bilər. Amma bir şey dəqiqdir ki, bu "Səbail" ötənilkindən fərqlənir.
- Komandada lider oyunçular var. Ancaq sanki onlar da yükün altına girmək istəmirlər. Onlarla söhbətiniz olubmu?
- Düzdür, təcrübəli futbolçularımız var. Bu yükü daha çox onlar üzərilərinə götürməlidirlər. Amma hər şeyi sırf onların da üstünə atmaq olmaz. Futbolu 1 nəfər deyil, 11 nəfər oynayır. Elə matçlar olur ki, onlar üçün də çətin olur. Bu gün də həmin görüşlərdən biri idi. Söhbətlərimiz olur. Amma hərdən istədiyimiz kimi alınmır.
- Qarşıdakı 1 və ya 2 oyunda da uğursuzluq olsa, istefa barədə düşünəcəksiniz?
- Bu haqda düşünmürəm. Müqaviləm davam edir. Fikrinizə hörmətlə yanaşıram. Amma mənə elə gəlir ki, siz "Səbail"dən çox şey gözləyirsiniz. Builki "Səbail" o gücdə deyil. Hazırda 4-cü yerdəyik. Mənə elə gəlir ki, hazırkı duruma görə pis deyil.
- Ağabala növbəti turu buraxacaq...
- Problemlər çoxdur. Vərəqə limitində olan futbolçularımız var. Qarşıdakı turlarda bunun acısını daha çox çəkəcəyik. Bunların hamısını bilirdim. Avroliqa oyunundan sonra strategiya dəyişdi. Heyətə cəlb etmək istədiyimiz yerli futbolçular artıq öz klublarında idi. Hətta yuxarı pillələrdə olduğumuz vaxtda belə demişdim ki, çətin duruma düşə bilərik. Çox keçmədi, həqiqətən də indi həmin vəziyyətdəyik. Bu da bir başqa təcrübədir. Vəziyyəti yaxşılaşdırmağa çalışacağıq.
- Ola bilərmi ki, komanda özü oynamır?
- O fikirləri ümumiyyətlə yaxın buraxmaq istəmirəm. Heyətimizdə elə futbolçular yoxdur ki, bilərəkdən oynamasın. Sadəcə, bu gün "Qəbələ" daha istəkli idi.
- Esyen bu gün 5 dəqiqə də oynaya bilməzdi?
- Bu gün Esyeni 5 dəqiqəlik meydana buraxmaqdansa... Sevindirici məqam odur ki, Əli kimi gənc futbolçumuza şans verdik. Esyenin 5 dəqiqə oynamağa ehtiyacı yoxdur. Düşünürəm ki, daha çox yerliləri meydana buraxmaq gələcəkdə ölkə futboluna nəsə qazandıra bilər (sportinfo.az).
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Millimizin qapıçısı sabiq klubuna qayıtdı
"Zirə"nin Boluda ilk məşqi - Şəkillər
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi