Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-ə uduzan “Qarabağ” növbəti mərhələyə yüksəlmək şansını azaldıb. Komanda qalan iki matçda qələbə qazansa belə, qrupdan çıxmaya bilər. Bakıda heç-heçə edib, öz meydanında qələbə qazanan APOEL şəxsi görüşlərdə üstündü və yekunda xallar bərabər olsa, Kipr klubu 1/16 finala çıxacaq.
4 turdan sonra 12 xal yığan “Sevilya” təkcə növbəti mərhələni yox, qrup liderliyini də təmin edib. “Qarabağ”la APOEL-in 4 xalı var – öz aralarındakı oyunlara görə Nikosiya təmsilçisi 2-cidi. 3 xalla sonuncu yerdə qərarlaşan “Düdelanj”ın da növbəti mərhələ şansı qalır.
Komandaların real gücünü və qrupdakı mövcud durumu nəzərə alsaq, “Qarabağ” hansı hallarda 1/16 finala yüksələ bilər? İlk növbədə onu qeyd edək ki, bu, o qədər də yüksək ehtimal deyil və sürprizlər sayəsində reallaşa bilər.
APOEL-in “Düdelanj”la səfər, “Sevilya” ilə ev oyunu qalıb. “Qarabağ” isə İspaniyaya səfər edəcək, lüksemburqlularla öz meydanında qarşılaşacaq.
Əgər növbəti tur “atlılar” Sevilyadan xalla dönə bilməsə, APOEL “Düdelanj”ı məğlub etməklə mərhələ adlayacaq. Azərbaycan təmsilçisi İspaniyada ən azı 1 xal əldə etsə, Kipr klubu səfərdə qələbə qazansa belə, ikinci pillənin sahibi son turda müəyyənləşəcək.
Hazırda qrupda bir çox şey “Sevilya”nın qalan oyunlara necə yanaşmasından asılıdır. Növbəti mərhələyə vəsiqə problemini həll edən əndəlusiyalıların növbəti matçlara ciddi yanaşmayacağı güman edilir. Belədə, “Qarabağ”ın səfərdə, APOEL-in evdə bu komandadan xal alması inandırıcıdır. Bu isə o anlama gəlir ki, təmsilçimiz üçün “Düdelanj” – APOEL görüşü xüsusi əhəmiyyətə malikdi. Artıq bu mövsüm bir dəfə sürprizə imza atıb, səfərdə kiprliləri məğlub edən “cırtdan ölkə” təmsilçisi öz meydanında da ən azı uduzmamalıdır. Lüksemburqda heç-heçə qeydə alınsa, “Qarabağ” da öz növbəsində Sevilyadan xalla qayıda bilsə, Bakıda “Düdelanj”ı məğlub etməklə mərhələ keçmək olar. Bunun üçün “Sevilya”nın da səfərdə APOEL-ə uduzmaması lazımdır. İspaniyadan xalsız qayıtmaqla da qrupdan çıxmaq olar. Bunun üçün yenə “Düdelanj” öz meydanında APOEL-ə uduzmamalı, “Sevilya” son turda Kiprdə qalib gəlməli, “Qarabağ” isə Lüksemburq klubunu məğlub etməlidir.
“Qarabağ” üçün ən yaxşı ssenari isə bir qədər fantastik görünür. Komanda səfərdə “Sevilya”nı məğlub edə bilsə, 1/16 final mübarizəsində favoritə çevriləcək. Bu halda hətta APOEL-in “Düdelanj”ı məğlub etməsi də bizi qorxutmamalıdır. Son turda “Qarabağ” özü Lüksemburq klubunu məğlub edib, “Sevilya”nın Kiprdə uduzmamasını gözləməlidir (Futbolpress).
Bizi İnstaqramda da izləyin!
Neymar "Barselona"nı yenidən məhkəməyə verdi
"Traktor"dan qələbə
"Liverpul"da yeni müqavilə
"Merih Demirəl satılacaq oyunçu deyil" - Fabio Paratiki
"Azərbaycanla yoxlama oyunu keçirə bilərik" - Şenol Günəş
Sxadadze Bakıya gəldi
Avropa Liqasında həftənin oyunçusu
"Messiyə tarixin ən yaxşısı deyə bilmərəm" - Ronaldinyo
Rakitiç "Yuventus"a keçə bilər
Şota Arveladze Bakıya niyə gəlib?
Sonun başlanğıcı – Üçüncü yazı
"Yenə Azərbaycanda çalışmağım mümkündür" - Yurçeviç
Mane ən yaxşı seçildi
Çempionlar Liqasında həftənin oyunçusu
Sərhəd tanımayan insanlar üçün - “Meshque”
AFFA-dan şok cəzalar – 28 nəfəri futboldan “sildilər”
Cerrard daha 5 il "Reyncers"də
“Qarabağ”dan nümunəvi addım
“Bitmiş alçaq” sözünə görə futboldan uzaqlaşdırıldı
"Liverpul" Kloppla müqaviləni uzatdı - Rəsmi
“Çelsi”də yeni müqavilə
Bu dəfə "Zlatan"ın ayağını kəsdilər
"CBC Sport"dan Tərlan Əhmədova etiraz – Video
Azərbaycanlı futbolçu ayın ən yaxşısı seçildi
Avroliqada son turun rəmzi komandası
"Sabah"ın uşaq komandası "Levante" ilə qarşılaşdı
AFFA bugünkü iclasın qərarlarını - Rəsmən açıqladı
Qadın millimiz neçəncidir? - FİFA-nın yeni reytinqi
Kubokun oyunlarına hakim təyinatları açıqlandı
Yurçeviç millidən göndərildi
İngiltərə klublarından rekord nəticə
AFFA İcraiyyə Komitəsinin iclası keçirilir - Yenilənir