Sonun qırmızı vərəqəsi ləğv olundu

Sonun qırmızı vərəqəsi ləğv olundu
XƏBƏR 5 Noyabr 2019 / 22:45 5684
-  A +

İngiltərə Futbol Federasiyası “Totenhem”in futbolçusu Son Hın Minin qırmızı vərəqəsi ilə bağlı apellyasiya şikayətinə cavab verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə,  27 yaşlı hücumçuya göstərilən qırmızı vərəqə ləğv edilib. Beləliklə, koreyalı futbolçunun 3 oyunluq cəzası aradan qalxıb.

Qeyd edək ki, Son Hın Minə Premyer Liqaının 11-ci turunda "Everton"la matçda 79-cu dəqiqədə rəqib futbolçu Andre Qomeşlə toqquşmasından sonra görüşün baş hakimi Martin Atkinson əvvəlcə sarı vərəqə göstərsə də, yarımmüdafəçinin ayağının qırıldığını bildikdən sonra qərarını dəyişərək onu qırmızı vərəqə ilə meydandan qovub.

Daha çox


Son xəbərlər