Son rəqibinin ayağını qırdı, göz yaşlarını saxlaya bilmədi - Video

Son rəqibinin ayağını qırdı, göz yaşlarını saxlaya bilmədi -  Video
VİDEO 4 Noyabr 2019 / 10:18 8113
-  A +

"Everton"un futbolçusu Andre Qomeşin ayağı qırılıb.

Qol.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem"lə oyunda (1:1) baş verib.

Matçın 78-ci dəqiqəsində rəqib futbolçusu Son Hın Minlə mübarizə zamanı onun ayağı qırılıb. Hakim cənubi koreyalı futbolçunu qırmızı vərəqə ilə meydandan qovub. O, rəqibinin ayağını qırdığı üçün göz yaşlarını saxlaya bilməyib.

"Everton"un rəsmi saytı Andre Qomeşin ayaq sümüyünün qırıldığını təsdiqləyib. Stadiondan birbaşa xəstəxanaya aparılan portuqaliyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın