"Qəbələ" boksçuları Antalya toplanışında

"Qəbələ"  boksçuları Antalya toplanışında
XƏBƏR 31 Oktyabr 2019 / 17:46 1193
-  A +

“Qəbələ” İdman Klubunun boksçuları Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

Qol.az xəbər verir ki, klubun boks bölməsinin üzvləri iki həftədir qonşu ölkədə hazırlıq keçirlər.

Toplanışda 4 komandanın təmsilçiləri iştirak edir. “Qəbələ”nin 5 boksçusu - Rüfət Hüseynov (52 kq), Cavid Cələbiyev (63 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq) və Abdulkadir Abdullayev (91 kq) toplanışa qatılıb. Boksçularımız Türkiyə yığması, həmçinin Rusiyanın Sankt-Peterburq, Qazaxıstanın Karaqanda şəhərlərinin idmançıları da birgə məşq edirlər. Təlim-məşq toplanışı Azərbaycan yığmasının üzvü olan boksçular üçün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının gələn il martın 13-23-də Böyük Britaniyanın paytaxtı Londondatəşkil olunacaq Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi