"Qızıl top"u Ronaldo qazanacaq - Corriere dello Sport

 "Qızıl top"u Ronaldo qazanacaq -  Corriere dello Sport
DÜNYA FUTBOLU 28 Oktyabr 2019 / 16:14 5403
-  A +

İtaliyanın “Corriere dello Sport” nəşri bu il “Qızıl top”u “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun qazanacağını yazıb.

Qol.az-ın məlumatına görə, mənbə mükafatı təqdim edən “France Football”un Turində olduğunu qeyd edib. Fransalı media nümayəndələrinin portuqaliyalı hücumçu və “Yuventus”un idman direktoru Fabio Paratiçi ilə nahar etdikləri də bildirilib.

Güman olunur ki, artıq Ronaldo ilə qalibin adı açıqlanandan dərhal sonra yayımlanan reportaj da hazırlanıb.

Qeyd edək ki, "Qızıl top"un qalibi dekabrın 2-də Parisdə elan ediləcək.

Son xəbərlər
08.04.25  01:44

"Napoli"dən xal itkisi