Uels yığmasında növbəti itki - Millimizə qarşı oynamayacaq

Uels yığmasında növbəti itki -  Millimizə qarşı oynamayacaq
XƏBƏR 28 Oktyabr 2019 / 10:14 2110
-  A +

Millimizin Avro-2020-nin seçmə mərhələsində rəqibi olan Uels yığması daha bir itki ilə üzləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərəgörə, "Suonsi"nin müdafiəçisi Co Rodan zədələnib. 22 yaşlı futbolçu Çempionşipin 13-cü turunda "Brentford"la qarşılaşmada xəsarət alıb.

Tibbi müayinədən sonra topuq nahiyəsində zədə aşkarlanan müdafiəçinin 2 ay meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, Rodan Avro-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlarda iştirak etməyəcək.

Xatırladaq ki, bundan əvvəl yarımmüdafiəçi Conni Uilyamsın da zədə zəbəbindən millimizlə matçı buraxacağı açıqlanmışdı.

Qeyd edək ki, noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

Son xəbərlər