“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”la oyundan (2:2) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, komandasının xarakter göstərdiyini bildirib.
- Oyuna həddən artıq yaxşı hazırlaşmışdıq. Uşaqlarla danışanda ilk sözümüz də o idi ki, “Zirə”nin əzmini qaytaraq. Ardıcıl iki qol buraxdıq. Ən pisi odur ki, qolları mübarizəsiz buraxdıq. İkinci hissədə meydanda tam fərqli “Zirə” oldu. Buna görə oyunçuları təbrik etdim.
- Ehtiyatda hücumu gücləndirəcək futbolçu yox idi? Məsələn, Nordeni meydana buraxa bilməzdiniz?
- Norde ötən oyunun ikici hissəsində meydanda oldu. Hücumçu keyfiyyətlərində axsayırdı. Qadze isə bu gün yaxşı vəziyyətdə idi. İkinci hissə boyu Qadzedən yorulub-yorulmadığını soruşdum. Buna uyğun qərar verdik.
- Buraxılan hər iki qola görə qapıçının günahı nə dərəcədədir?
- Komandaya əvvəldən gəlməmişəm. Nə olur-olsun, bu uşaqlarla davam edəcəm. Orxanın daim arxasındayam. Futbolda səhvlər qaçılmazdır.
- Gənc futbolçuların ən böyük problemi fiziki çatışmazlıqdır. Ancaq Nicat Süleymanov bu gün sona qədər mübarizə apardı. Bu yöndə çalışmalarınız olur?
- Nicatla dünən söhbətim oldu. Bu barədə danışdıq. Onun bugünkü çıxışı məni də sevindirdi.
- Tellur sanki oyuna adaptasiya oluna bilməmişdi...
- O, 3-4 gün idi komanda ilə məşqlərə qoşulub. Həm də əvvəlki məşqçinin istəkləri hələ də oyunçuların beyinlərində qalır. Hər şey biz istədiyimiz kimi ola bilməz.
“İmişli”də yeni qapıçı
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi
Musiala bu gün əməliyyat ediləcək
"Liverpul"un mövsümöncəsi məşqi təxirə salınıb
“Real” 23 illik rekordu yenilədi
Messi yenə rəqibi bir-birinə qatdı - Video