Rauf Məmmədov millimizə qələbə qazandırdı - Avropa çempionatı

Rauf Məmmədov millimizə qələbə qazandırdı - Avropa çempionatı
XƏBƏR 25 Oktyabr 2019 / 18:59 3493
-  A +

Bu gün Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında komandalarası Avropa çempionatında ikinci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, kişilərdən ibarət millimiz bu turda Fransa ilə qarşılaşıb 2.5:1.5 hesabı ilə qalib gəlib.

Azərbaycan - Fransa - 2.5:1.5

Şəhriyar Məmmədyarov – Maksim Laqarde - 0.5:0.5
Arkadi Naydiç – Eduard Romeyn - 0.5:0.5
Rauf Məmmədov – Mark Maurizi - 1:0
Qədir Huseynov – Tirqan Qaramyan - 0.5:0.5

Qeyd edək ki, hazırda İspaniya 1-ci, Azərbaycan 2-ci, Çexiya 3-cüdür.

Xatırladaq ki, şahmatçılarımız ilk turda Serbiyaya 3.5:0.5 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
03.07.25  19:07

"Napoli"dən La Liqaya

03.07.25  11:56

Falkao klubsuz qaldı