"Neftçi” ilk Azərbaycan çempionluğunu 1992-ci ilin bu günündə rəsmiləşdirib.
Qol.az-ın məlumatına görə, hazırda komandanın məşqçilərindən olan İqor Getman həmin çempionluqda əsas pay sahiblərindəndir. Çempionatda 28 oyunda meydana çıxıb, 1 qol vurmuş müdafiəçi klubun rəsmi saytına müsahibəsində həmin ili canlandırmağa çalışıb:
- "Neftçi” ilə 3 dəfə - 1992-ci, 2004-cü və 2005-ci illərdə Azərbaycan çempionu olmusuz. Yəqin ki, ilk çempionluq daha əzizdir...
- Bəli, ilk çempionluq həmişə yaddaqalan olur. Amma onun daha yaxşı və ya daha əziz olduğunu deyə bilmərəm. Çünki hər çempionluq futbolçu üçün böyük şərəfdir. Çempionluqların üçü də mənə əzizdir.
- Həmin çempionatda meydana çıxdığınız 28 oyundan hansı daha yaddaqalan olub?
- Sözün düzü, hər oyunu ayrı-ayrılıqda xatırlamıram. Yadımdadır ki, biz SSRİ çempionatını yenicə tərk etmişdik, çox yaxşı futbolçularımız vardı. Ümumiyyətlə, həmin heyət çox güclü idi.
- "Turan”la çempionluğu rəsmiləşdirdiyiniz oyunda da 90 dəqiqə meydanda idiniz...
- Bilirdik ki, çempion olmağa çox yaxınıq. Ona görə də gərginlik çox yüksək idi. Oyunun gedişində hesabda geri düşdük. Bununla belə, cavab qolunu vura bildik, Samir Ələkbərov fərqləndi. Heç-heçə bizi qane etsə də, qalib gəlmək istəyirdik. Düzdür, qələbə qazana bilmədik, amma bu heç-heçə çempionluq üçün kifayət etdi. Sevincimizin həddi-hüdudu yox idi.
- Bəs həmin mövsüm vurduğunuz yeganə qolu necə xatırlayırsız? Sabirabad "İnşaatçı”sının qapısından keçirilmiş 7 qoldan (7:1) birinin müəllifi sizsiniz...
- Etiraf edim ki, həmin qolu xatırlamıram. Əslində, vurduğum qollardan heç biri yadımda deyil. Müdafiəçinin əsas vəzifəsi müdafiə olunmaq və irəli xətdəki futbolçuları topla təmin etməkdir ki, onlar qol vursunlar. Əgər mövsüm ərzində qol vururdumsa, bu, uğur sayılırdı.
Vinisiusun evində yanğın
Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”
“Yuventus”un Tonali üçün yeni transfer planı
İbrahimoviç çalışmaq istədiyi məşqçilərin adını açıqladı
Keyn sentyabrın ən yaxşı oyunçusu seçildi
Laporta de Yonqa cavab verdi: “Barselona” ABŞ-da oynayacaq
Hakan Çalhanoğlu karyerasını Türkiyədə davam etdirə bilər
Ötən ayın ən yaxşısı seçildi
Rövşən Nəcəf FİFA Komitəsinə üzv seçildi
“Real” yarımmüdafiə xəttini gücləndirmək istəyir
U-19 millimiz Özbəkistanla heç-heçə etdi
"Napoli"də itkilər
"Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq" - Mbappe
"UEFA heç vaxt yalnız 12 klub üçün turnir təşkil etməyəcək"
De Yonqdan etiraz - "La Liqaya qarşı hörmətsizlikdir"
Mikolenko Azərbaycanla qarşıdakı oyun haqda danışdı
La Liqa klubu baş məşqçi ilə yollarını ayırdı
İlk dəfə milliyə dəvət edildi - "Elə bildim dələduzluqdur"
“Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyasından sosial layihə - “Yol ver, qalib gəl”
Yılmaz Vuralın işi bir ay çəkmədi
Kapitan millinin iki oyununu buraxacaq
Mundiala neçə komanda vəsiqə qazanıb?
"Barselona" - "Vilyarreal" oyunu ABŞ-da - Rəsmi
"Yuventus" Kenan Yıldıza üçqat maaş təklif etdi
Tanınmış klubun baş məşqçisi vəfat edib
“Netflix” Çempionlar Liqasının yayım hüququnu ala bilər
Volkan Demirəl Superliqaya qayıdır
"Real"ın futbolçusu azərbaycanlı xanımla qohum oldu - Video
Onlar da DÇ-2026-ya vəsiqə qazandılar