Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubu sabah Bakıya yola düşəcək.
Qol.az klubun saytına istinadən xəbər verir ki, səhər 11:00-da çarter reysi ilə yola düşəcək Nikosiya klubunun ölkəmizə saat 13:20-də çatacağı gözlənilir. APOEL Bakıya 20 futbolçu ilə gələcək. İki aparıcı oyunçu onlar arasında olmayacaq. Argentinalı yarımmüdafiəçi Tomas De Vinsenti və portuqaliyalı yarımmüdafiəçi Andre Vidiqal zədə səbəbindən Bakıya gəlməyəcək.
12. Dmitrios Priniotaki (q), 27. Vid Beltes (q), 35. Boy Vaterman (q), 6. Savvas Gentsoqlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 9. Linus Hallenius, 11. Musa Əl-Taamari, 14. Uroş Matiç, 17. Antonio Yakoliş, 20. Andriya Pavloviç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolos İoannu, 46. Efstatios Aloneftis, 89. Roman Bezyak, 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç, 95. Alef dos Santos
Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.
APOEL-in U-19 komandası da UEFA Gənclər Liqasında "Qəbələ" ilə görüş üçün əsas komanda ilə birgə paytaxtımıza gələcək. Oktyabrın 24-də U-19-lar arasında Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 14:00-da başlayacaq.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında