“Liverpul”la döyüşə gedirsiniz, ancaq tuneldə dayanıb, öpüşürsünüz” - Roy Kin

“Liverpul”la döyüşə gedirsiniz, ancaq tuneldə dayanıb, öpüşürsünüz” -  Roy Kin
DÜNYA FUTBOLU 21 Oktyabr 2019 / 15:40 4787
-  A +

"Mançester Yunayted"in sabiq futbolçusu Roy Kin keçmiş komandasının Premyer Liqanın 9-cu turunda “Liverpul”la oyunu (1:1) haqda danışıb.

Qol.az xəbər verir ki, o, "Daily Mail"ə açıqlamasında "Mançester Yunayted" futbolçularını tənqid edib:

“Onlar mənə iyrənc gəldilər. “Liverpul”la döyüşə gedirsiniz, ancaq tuneldə dayanıb, onlarla qucaqlaşıb, öpüşürsünüz. Bu, döyüş deyil! Axı siz onlara qarşı döyüşə gedirsiniz.

Futbol çox dəyişməyib, ancaq oyunçular artıq fərqlidir. Onlara qarşı döyüşə gedirsən, ancaq həmin adamlarla öpüşürsən. Oyundan əvvəl yox, sonra söhbət edin və ya ümumiyyətlə, danışmayın”.

Qeyd edək ki, 1993-2005-ci illərdə "MY"də çıxış edən irlandiyalı veteran yarımmüdafiəçi uzun müddət komandanın kapitanı olub.



Son xəbərlər