"Zirə"nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Neftçi"yə 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Komandada istək çatışmazlığı var idi. Bunu indiyə kimi çıxdığımız bütün oyunlardan sonra kənardan da bizə deyiblər. Bu gün əsas məqsədimiz mübarizə aparmaq idi. Məncə, bu, ilk hissədə bir az hiss olunurdu. Sadəcə, buraxdığımız toplar asan qollar idi. Şanslarımızdan istifadə edə bilmədik. Sonda belə acı məğlubiyyətlə üzləşdik.
- Şans demişkən, 90 dəqiqə ərzində qapıya 1 zərbə belə vurmadınız. Hansı şansı nəzərdə tutursunuz?
- Mən ötürmə verəndə Soni qapıçı ilə təkbətək çıxdı.
- Amma top qapıya tərəf getmədi.
- Qapı tirində dəydi, qapıya getmədi. Bu, şansdır. Onu qola çevirmək futbolçuların üzərinə düşür. İkinci hissə başlayan kimi mən topu irəli ötürdüm, üç futbolçu gəldi, 4-5 saniyə ərzində qapımızda qol gördük. Bu da onların şansı idi, dəyərləndirdilər. Çox asan qollar buraxırıq. Nəticədə də uduzduq. Düşünürəm ki, çətin olacaq. İtirdiyimiz xallar bizim üçün ağır nəticələr verə bilər. Medallar uğrunda mübarizəni itirə bilərik. Amma kağız üzərində hələ də şanslarımız qalıb.
- Razısınızmı ki, bu gün "Zirə" mövsümün ən bərbad oyununu oynadı?
- Xeyr, razı deyiləm. İkinci hissə başlayan kimi qol buraxmasaydıq, başqa cür də ola bilərdi. Ən pis oyunu bu gün oynadığımızı deməzdim.
- Yeni baş məşqçinin gəlişi ilə komandada dəyişiklik hiss olunur, yoxsa çox zamana ehtiyac var?
- Hər məşqçinin öz stili, oyun taktikası var. Çalışacağıq ki, Zaur Həşimovun dediklərinə əməl edək.
"Qarabağ"la 800-cü oyun
Premyer Liqa klubları gənc hücumçunu hədəfə aldı
Luk Şou “Mançester Yunayted”də yubiley matçına çıxdı
İspaniya klubu baş məşqçisi ilə yollarını ayırdı
“Qəbələ”nin doğma meydandakı qələbəsi - Video
Martinez dubl etdi, “İnter” qələbə qazandı
“Rizespor”un yeni baş məşqçisi bəlli oldu
“Qalib gəlmək üçün heç nə etmədik” - Elmar Baxşıyev
"Sumqayıt"ın əzmkar qələbəsi - Video
Adil Şükürovun "Səbail"dəki köməkçiləri bilindi
“Sumqayıt” “Şamaxı”ya, “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi
“Mançester Yunayted” səfərdə qələbə qazandı
Ayxan Abbasovla Saşa İliç arasında gərginlik - Video
“Hadisənin səbəbkarı Saşa İliç idi” - "Şamaxı"nın məşqçisi
Amorim Maynoya niyə az şans verdiyini açıqladı
“Qəbələ” - “Araz-Naxçıvan” : Heyətlər
Ayağı qırılan Kadinin fədakar məşqi - Video
Superliqada növbəti istefa
"Bavariya" Bundesliqa rekordunu təkrarladı
"Şamaxı" - "Sumqayıt": Heyətlər açıqlandı
Yuri Vernidubdan “Neftçi” iddialarına - Münasibət
Mateus Silva Yankoviçlə mübahisə etməsindən danışdı
Juninyo Libertadores kubokunu qazandı
“Yuventus”da Kenan Yıldız fırtınası
Millimizin baş məşqçisindən qələbə şərhi
Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq