1.12 milyard insanın izlədiyi dünya çempionatı - Yeni rekord

1.12 milyard insanın izlədiyi dünya çempionatı - Yeni rekord
XƏBƏR 18 Oktyabr 2019 / 18:20 4336
-  A +

Fransanın bu il ev sahibliyi etdiyi qadınların dünya çempionatı izləyici rekordu qırıb.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu il sözügedən turniri 1.12 milyard şəxs  TV-dən canlı olaraq izləyib. Bu isə turnirin tarixi üçün rekorddur.

ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gələrək tarixində 4-də dəfə çempion olduğu final görüşünə isə 260 milyon insan  baxıb. Bu, turnirin tarixində ən çox izlənilən matç olub.

Qeyd edək ki, bundan əvvəlki rekord Kanadada keçirilən DÇ-2015-ə məxsus idi - 764 milyon.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın