"Paris irqçilərlə doludur" - Dani Alveş

"Paris irqçilərlə doludur" -  Dani Alveş
DÜNYA FUTBOLU 16 Oktyabr 2019 / 12:54 2850
-  A +

PSJ-nin sabiq futbolçusu Dani Alveş Paris həyatını bəyənmədiyini deyib.

Qol.az xəbər verir ki, hazırda "San-Paulu"da çıxış edən braziliyalı müdafiəçi "RMC Sport"a açıqlamasında Fransanın paytaxtında yaşamağın stresli olduğunu bildirib:

"Mən Parisi sevmirdim. Orada stress yaşayırsan. Bir həftəlik gedirsənsə, bu, həyatının ən yaxşı səfəri olacaq. Ancaq daha çox qalsan, yorularsan. Paris mənə  San-Paulunu xatırladır. Ancaq ora irqçilərlə doludur. Mənə heç nə etməyiblər. Çünki cavablarını verərdim. Ancaq komanda yoldaşlarıma qarşı irqçi davranışlar olub".

Qeyd edək ki, Dani Alveş  2017-2019-cu illərdə PSJ-də çıxış edib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi