“Avro-2020”nin Fransa – Türkiyə matçında (1:1) qonaq komanda futbolçularının vurduğu qoldan sonra Suriiyada hərbi əməliyyat keçirən türk ordusuna dəstək üçün verdiyi əsgər salamı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Qol.az “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, daha əvvəl Albaniya ilə matçda da bu hal yaşandığından Fransa tərəfi bunun Parisdəki görüşdə təkrarlanmaması üçün müxtəlif cəhdlər edib. Bildirilir ki, Fransa Xarici İşlər Nazirliyi oyundan öncə Türkiyə səfirinə müraciət edərək qol olarsa, futbolçuların əsgər salamı verməsinin qarşısının alınmasını istəyib. Amma Türkiyənin idman naziri və futbol federasiyasının prezidentinin səfir vasitəsi ilə cavabı belə olub: “Biz baş məşqçi Şenol Günəş və futbolçulardan belə şey tələb edə bilmərik. Onlar necə istəsələr, elə də sevinə bilərlər”.
Başqa bir xəbərə görə, Fransanın rəsmi qurumlarından fərqli olaraq, milli komandanın baş məşqçisi Didye Deşam türklərə münasibətdə özünü centlmensayağı aparıb. Matçdan sonra o, Türkiyə millisinin paltardəyişmə otağına gedərək Şenol Günəşi təbrik edib və onun əla bir komandası olduğunu söyləyib.
“Sumqayıt” 50-yə çatdı
Endrik “Real”dan gedə bilər
PSJ-dən ayrılmaq istəyir
Azərbaycanda çalışmış baş məşqçi Türkiyə klubundan ayrıldı
Onun da adı Şöhrət Zalına daxil edildi
Azərbaycan kubokunda 1/8 finalçılar müəyyənləşdi
Azərbaycanın cüdo millisi hazırlığı Bakıda davam etdirir
Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı
“Bu, mənim üçün çox vacib idi” - “Qəbələ”nin baş məşqçisi
Kevin De Brüyne əməliyyat olundu
“Barselona”ya Pedridən pis xəbər
“Mançester Siti” Rodri ilə danışıqlara başladı
Avropa çempionatına gedəcək cüdoçularımız müəyyənləşdi
"Asan qələbə olmadı" - "Sumqayıt"ın baş məşqçisi
"Real"ın futbolçuları Xabi Alonsodan narazıdırlar
Bakıya nə qədər "Çelsi" azarkeşi gələcək?