Valdes “Barselona”dan ayrıldı - Rəsmi

Valdes “Barselona”dan ayrıldı -  Rəsmi
XƏBƏR 7 Oktyabr 2019 / 16:55 4405
-  A +

“Barselona”nın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Viktor Valdes vəzifəsindən ayrılıb.

Qol.az  xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Valdesin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. İspaniya mətbuatının xəbərinə görə, Valdeslə “Barselona”nın akademiyasının direktoru Patrik Kluyvert arasında fikir ayrılığının olması səbəbindən, 37 yaşlı mütəxəssisin işinə son verilib.

Qeyd edək ki, sabiq qapıçı bu ilin yayından “Barselona”nın U-19 komandasına rəhbərlik edirdi.


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"