Millimizin rəqibində iki itki

Millimizin rəqibində iki itki
XƏBƏR 7 Oktyabr 2019 / 10:15 1739
-  A +

Avro-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Macarıstan yığması  itkilərlə üzləşib.

Qol.az  Macarıstan Futbol Federasiyasının rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, "Zalsburq"un yarımmüdafiəçisi Dominik Soboslai və "Zalegerseq"də çıxış edən müdafiəçi Kristian Tamaş zədələnib. Oyunçular yığmanın toplanışına qatıla bilməyib.

Onların yerinə "Debretsen"in formasını geyinən Yanoş Ferentsi komandaya cəlb olunacaq və bu gündən məqşlərə qoşulacaq.

Qeyd edək ki, Macarıstan yığması oktyabrın 10-da səfərdə Xorvatiya ilə, 13-də isə evdə millimizlə qarşılaşacaq.

Son xəbərlər