"Qələbə ilə qayıtdığımıza görə çox sevincliyik. Matçda xoşagəlməz hadisələr yaşandı. Ancaq biz öz mədəniyyət və fəlsəfəmizlə Azərbaycana yaraşan şəkildə ölkəmizi təmsil etdik".
Bu fikirləri jurnalistərə açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çelikəl Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandıqları Avropa Liqasının II tur matçı barədə danışarkən deyib.
Klub rəsmisi həmin qarşılaşmada hadisələrin böyüməməsi üçün əllərindən gələni etdiklərini bildirib: "Qələbəmizlə bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik. Lüksemburqda bizdən üzr istədilər. Oyunda hər hansı bir hadisənin yaşanmayacağına söz verdilər. Biz ona görə matça davam etdik. Burada Lüksemburqu günahlandıra bilmərik, mənfur düşmənlərin etdiyi əməldir. Onlar da lazım olan tədbirləri gördülər".
Əmrah Çelikəl deyib ki, bu cür təxribatlara hazır olmalıdırlar: "Biz futbol oynayırıq. Ən gözəl cavabı oyunumuzla və qələbələrimizlə verəcəyik. Bunu indi bacardıq. İnanıram ki, gələcəkdə də yaxşı nəticələrə nail olmağa çalışacağıq. Biz futbol klubuyuq. Azərbaycanı təmsil edirik. Bunu da layiqincə yerinə gətirməyə çalışırıq. AFFA lazım olan tədbirləri görəcək və onlarla birlikdə işləyəcəyik. Biz həmin an baş katib Elxan Məmmədovla əlaqədə idik. Mənə tez-tez zəng edirdi və onu məlumatlandırırdıq".
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib (Report).
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu
Toral Bayramov üçün əlamətdar matç
Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a
"Trabzonspor" - "Beşiktaş" matçında 6 qol - Video
Zamiq oynadı, komandası qalib gəldi
"Bavariya" autsayderlə oyunda xal itirdi - Video
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir