“Başlanğıcdan razı qaldım. Üç-dörd qol epizodu yaratdıq. Ancaq Thaqo və Kardoso bundan istifadə edə bilmədi. Biz bunları reallaşdıra bilmədik, əvəzində bəxtsiz qollar buraxdıq. Xüsusilə də ikinci qolu qeyd edərdim. Qapımızda ardıcıl iki qol gördükdən sonra sanki uşaqların oyununda eniş yaşandı. Uşaqların oyundan qopmamasına çalışdıq".
Qol.az-ın məlumatına görə, bu sözləri futzal üzrə millimizin baş məşqçisi Joze Alesio Da Silva Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində Qazaxıstana 2:5 hesabı ilə uduzduqları oyundan sonra AFFA-nın saytına deyib.
"Fasilədə onlara hesabı unutmağı, yenidən başlamağı tapşırdım. İkinci hissədə biz daha çox qol vurduq, daha yaxşı oynadıq. Təbii ki, bu qələbə üçün yetərli olmadı. Udmaq istəyirsənsə, şanslarından maksimum istifadə etməlisən. Rəqibin qapıçısının oyununu da ayrıca qeyd etmək istərdim" - deyə o bildirib.
Joze Alesio dünya çempionatının seçmə mərhələsinin oyunlarına qədər vaxtlarının olduğunu söyləyib: "Ona qədər heyətimizi tam komplektləşdirəcəyik. Bu turnirin bizə böyük köməyi oldu. Rəqiblərimiz FİFA-nın reytinq cədvəlində üst sıralarda yer alan komandalardır. Onlarla qarşılaşmalar bizə səhvləri görmək, üzə çıxarmaq baxımından əvəzsiz kömək oldu, eyni zamanda təcrübə qazandırdı”.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində