Yığmamız son oyununda uduzdu

Yığmamız son oyununda uduzdu
XƏBƏR 25 Sentyabr 2019 / 16:50 2417
-  A +

Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib.

Qol.az xəbər verir ki, yığmamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb. Görüş rəqibin 5:2  hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Thaqo Teles və Eduardo fərqlənib.

Qeyd edək ki, millimiz turnir çərçivəsində bundan əvvəl 2 oyun keçirmişdi. Rusiya yığmasına 1:2 hesabıyla uduzan futzalçılarımız, İranla qollu bərabərə qalmışdı – 2:2. Komandamız bu nəticələrdən sonra turniri sonuncu - dördüncü pillədə başa vurub.

Daha çox


Son xəbərlər