Madrid derbisində oynamayacaq

Madrid derbisində oynamayacaq
XƏBƏR 24 Sentyabr 2019 / 16:34 3469
-  A +

"Real"ın futbolçusu Ferlan Mendi 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb 24 yaşlı müdafiəçinin sol ayaq əzələsində zədə aşkarlanmasıdır. Beləliklə, fransalı futbolçu La Liqanın 6-cı turunda "Atletiko" ilə oyunu buraxacaq.

Qeyd edək ki,  Madrid derbisi sentyabrın 28-i keçiriləcək.

Xatırladaq ki, Mendi bu yay "Lion"dan "Real"a transfer olunub.


 


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda