“Hacı Əliyevin görüşünə hamımız baxdıq. Onun rusiyalı Hacımurad Rəşidovla qarşılaşmasındakı epizod çox müzakirə olundu”.
Bunu dünya çempionatından dönən dostu, sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyevi qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.
Kapitan 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və Avropa çempionunun hakim haqsızlığı ilə üzləşdiyini vurğulayıb: “Mənim bildiyim, anlayışı olanlardan maraqlandığım qədər həmin vaxt Hacıya 2 yox, 4 xal verilməli idi. Ancaq hakimlər çox maraqlı qərar qəbul etdilər, rusiyalı idmançıya 1 xal verdilər. Mənim üçün ən vacib olan odur ki, Hacı həmin görüşü çox yüksək səviyyədə keçirdi. Özünüz də gördünüz, rusiyalı güləşçi yekunda dünya çempionu oldu. Ancaq Hacı onunla görüşü hücumda keçirdi və çox gözəl fəndlərdən istifadə etdi”.
37 yaşlı müdafiəçi medalsız qalmasına rəğmən, Əliyevin dünya çempionatını yaxşı səviyyədə keçirdiyini bildirib: “İkinci təsəlliverici görüşdə yaponiyalı güləşçiyə də uduzsa belə, orada da yaxşı təsir bağışladı. Fikrimcə, ümumilikdə dünya çempionatını yaxşı səviyyədə keçirdi. Onun çıxış etdiyi çəki dərəcəsi ən çətinlərdəndir, güclü rəqibləri var. Yaxşı olacağına ümid edirəm. Özü ilə danışanda, bizim Avropa Liqasının qrup mərhələsində Bakıda İtaliya “İnter”inə vurduğumuz sayılmayan qolun videosunu göndərdim ki, Hacı, bizim də başımıza belə bir iş gəlmişdi. Eşitmişdi, amma görməmişdi. O da təəccübləndi ki, belə qol necə sayılmaya bilər. Hacı bu yükün altından qalxacaq. Düzdür, ona ciddi psixoloji zərbə oldu. Dünya çempionuna qalib gələsən, amma yekunda medalsız qalasan... Amma Hacı xarakterli idmançıdır. Bunun öhdəsindən gələcək” (Report).
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu
Toral Bayramov üçün əlamətdar matç
Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a
"Trabzonspor" - "Beşiktaş" matçında 6 qol - Video
Zamiq oynadı, komandası qalib gəldi
"Bavariya" autsayderlə oyunda xal itirdi - Video
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir