"Sevilya" "Qarabağ"la oyunun hazırlıqlarına başladı - Şəkillər

"Sevilya" "Qarabağ"la oyunun hazırlıqlarına başladı - Şəkillər
XƏBƏR 16 Sentyabr 2019 / 15:13 2945
-  A +

"Sevilya" Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda qarşılaşacağı "Qarabağ"la səfər oyununun hazırlıqlarına başlayıb.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, komanda bu gün bir məşqə çıxıb. İspaniya klubunun heyətində Nolito əzələsində zədə səbəbindən fərdi qaydada məşq edib.

Qeyd edək ki, "Sevilya" sabah Bakıya yola düşəcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" görüşü saat 20:55-də başlayacaq.



 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın