Hazırda “Liverpul”u çalışdıran Yurgen Klopp “Borussiya”nı çalışdırarkən üzləşdiyi bir maraqlı hadisə haqda məlumat verib.
Qol.az xəbər verir ki, Dortmund klubu barədə çəkilən sənədli filmdə o, “Borussiya” ilə 2010/11 mövsümündə çempionluğu qazandıqdan sonra başına gələn əhvalat barədə ilk dəfə danışıb.
“Mən o vaxta qədər həqiqətən mənəvi cəhətdən tükənmişdim. Bu hadisədən kiməsə bəhs etdiyimi xatırlamıram. Çempion olduğum gün o qədər içmişdik ki, ertəsi ayılanda özümü bir qarajda yük maşınında gördüm. Tək idim. Bunu dəqiq xatırlayıram, amma bir neçə saat əvvəl nə baş verdiyindən xəbərim yox idi. Yük maşınından düşəndə bir fabrikin böyük bir sexində idim. Əraziyə baxdım, çıxış üçün qapını axtardım. Bu zaman bir insanın siluetini gördüm. Ona səsləndim. Yavaşıdı. Bir neçə dəqiqədən sonra onun Vatske (klubun baş direktoru) olduğunu başa düşdüm. Biz həmin vaxt fabrikdəki yeganə insanlar idik".
Hekayə bununla bitmir. Çünki sonra Klopp və Vatske şəhərə qayıtmalı idi.
"Borussiya”nın bayram şənliyinə görə yolların çoxu bağlandığı üçün magistral yolda maşınlar demək olar ki, yox idi. Bu zaman bir köhnə “Mersedes”in gəldiyini gördük. Saxladıq. Maşını sürən bir türk idi. O, əvvəlcə bizi aparmaqdan imtina etdi. Amma Vatske 200 avro verdikdən sonra razılaşdı. Gedərkən mən bunların həqiqət olduğuna inana bilmirdim. Fikrimi toparlamağa çalışırdım ki, maşından qəribə səs gəldi. Məlum oldu ki, türk maşının baqajında cücələr aparır”.
"Milan" Fransa millisinin üzvünü transfer etdi
Marko Asensio "Fənərbaxça"da - Rəsmi
Millimiz DÇ-2026 matçları üçün məşqə çıxdı - Şəkillər
Gürcüstan millisinin üzvü La Liqa klubunda
"Sabah” - “İmişli” oyununda xüsusi qonaq
"Yuventus"dan "Atletiko"ya
"Liverpul"dan yeni transfer
PSJ-nin futbolçusu "Tottenhem"də
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
Viktor Lindelöf "Aston Villa"da - Rəsmi
Azərbaycan klubundan Mozambik millisinə çağırıldı
Aleksis Sançes La Liqa klubuna keçir
Santuşun mətbuat konfransının vaxtı bilindi
"Araz-Naxçıvan"ın futbolçusu "Səbail"ə keçdi
Krivotsyuk 90+8-ci dəqiqədə qələbə qolunu vurdu
"Bayer" Erik ten Haqı istefaya göndərdi
"Liverpul" İngiltərə futbolunun ən bahalı transferini edir
Azərbaycanlı futbolçu Avropa klubunda çıxış edəcək
"Zirə"nin iki legioneri milliyə çağırıldı
Donnarumma “Mançester Siti”yə transfer olunub
"Qalatasaray"ın futbolçusu “Sauthempton”a keçdi
"Şamaxı" yalnız iki klubdan geri qalır
Messinin komandasına finalda 3 cavabsız qol vurdular - Video
“Zirə”dən ən böyükhesablı qələbə
"Tarix yazmağa davam etmək istəyirik" - Toral Bayramov
“Türkiyənin ən şərəfli klubuna gəlmişəm” - Kerem Aktürkoğlu
"Liverpul"un futbolçusu "Roma"ya keçdi
"Fənərbaxça"dan səfər qələbəsi - Video
"Liverpul" "Arsenal"a qalib gəldi, "Mançester Siti" uduzdu
"Beşiktaş" Sergen Yalçınla ilk matçında məğlub oldu
"Yuventus"dan ardıcıl ikinci qələbə
"Biz belə nəticəni gözləmirdik" - Dambrauskas
"Böyük iş gördük" - "İmişli"nin baş məşqçisi
"İmişli"dən "Sabah"a baxımlı qələbə qolu - Video