“Linfild”in kapitanı Ceymi Malqryu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi növbəti açıqlama verib.
Qol.az “Irish News”a istinadən xəbər verir ki, o, “Qarabağ”ın Bakıda var qüvvə ilə irəli atılacağını deyib: “Onlar “Vindsor Park”da bütün silahlarını işə saldılar. Deyə bilərəm ki, doğma meydanda da rəqib üçün çətin olacaq. Biz Belfastda olduğu kimi Bakıda da sıx oyun nümayiş etdirəcəyik və əks-hücumlarda onları yaxalamağa çalışacağıq. Düşünürəm ki, bizim çıxışımız onları şoka saldı. Böyük ehtimalla "Qarabağ"ın hələ bir neçə sürətli oyunçusu var. Ancaq biz də mübarizə aparacaq və üstünlüyümüzü qoruyacağıq”.
C. Malqryu matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionundan danışıb: “Həqiqətən möhtəşəm stadiondur. Möhtəşəm ot örtüyü var. Hər kəsin oynamaq istədiyi stadiondur. Burada əsl mübarizə ilə üzləşəcəyimiz dəqiqdir”.
Komandanın hazırlıq səviyyəsi haqda da danışan 33 yaşlı yarımmüdafiəçi bunları söyləyib: “Hazırlığımız qaydasındadır. Oyunçular günü-gündən güclənirlər, geniş və keyfiyyətli heyətimiz var. Qarşıda bizi böyük pul mükafatı gözləyir. Şəxsən deyə bilərəm ki, hər mərhələni keçdikcə oyunçular qələbələrə daha çox ac olurlar. Biz 90 dəqiqəyə çox yaxınıq".
C.Malqryu bildirib ki, azarkeşlər Avropa macərasının dayanmasını istəmirlər: "Biz buraya çox insanın gözləmədiyi bir şeylə mübarizə aparmağa gəlmişik. Bizim üçün çətin olacaq. Bu, karyeramızdakı ən böyük matçdır. Bilmək olmur ki, bir də belə bir imkan nə vaxt ələ düşəcək. Komanda olaraq Avropa Liqasında irəliləmək istəyimizi gerçəkləşdirəcəyik".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” –“Linfild” görüşü saat 20:00-da başlayacaq.
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu
Toral Bayramov üçün əlamətdar matç
Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a
"Trabzonspor" - "Beşiktaş" matçında 6 qol - Video
Zamiq oynadı, komandası qalib gəldi
"Bavariya" autsayderlə oyunda xal itirdi - Video
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir