“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasında bu mövsümdən tətbiq edilən VAR (Video assistent referi) texnologiyası haqqında danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis VAR-ın qaydaları tənzimləmə və şəffaf oyunun reallaşmasındakı rolunu vurğulayıb:
“Qaydalar qayda olaraq qalır. Sən bunu qəbul etməlisən. Qaydalar barədə şikayət etmək düzgün deyil. Nəzərə alaq ki, bu yeni texnologiya bu gün bizim lehimizə, sabah isə əleyhimizə qərar verə bilər. Transfer pəncərəsi şəffaf olduğu kimi VAR da çox dəqiq və şəffaf texnologiyadır. Bununla belə, əgər transfer pəncərəsindən razı deyilsənsə bunu danışıb həll etmək olar, ancaq VAR fərqlidir. Biz yeni texnoloji tərəqqini və onun futbolda tətbiqini qəbul edirik. Futbol texnologiyaların birləşməsidir”.
"Karvan"da iki ayrılıq
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib
Azərbaycan - Ukrayna: Heyətlər