“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Linfild”in baş məşqçisi Devid Hili oyun öncəsi tərəflərin şanslarını dəyərləndirib.
Qol.az Şimali İrlandiya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis hər iki oyunda “Qarabağ”ın favorit olduğunu bildirsə də, komandasının asanlıqla təslim olmayacağını bildirib.
Şimali İrlandiya millisinin sabiq üzvü hər iki qarşılaşmanın onlar üçün çətin keçəcəyini vurğulayıb: “Bilirik ki, bizi çətin oyunlar gözləyir. Maraqlı mübarizə olacaq. “Qarabağ” formalaşmış klubdur, heyətində ağıllı hücumlar qurmağı bacaran oyunçuları var. Baxmayaraq ki, səfərdə qalib gəldikləri Kiprin APOEL klubuna evdə 0:2 məğlub oldular, ancaq onların Çempionlar Liqasında oynamaq üçün daha yaxşı potensialı var idi”.
“Qarabağ”ın baxımlı oyun sərgilədiyini qeyd edən Devid Hili “Linfild”in şanslarından danışıb: “İnsanlar düşünə bilər ki, sadə Azərbaycan klubu necə favorit ola bilər? Amma sizi tam əmin edirəm ki, onların oyunçularına baxdıqda necə bir oyun keyfiyyətinə malik olduqlarını görmək olur. Heyətdə millidə də çıxış edən futbolçular var. Bizim hər iki oyunda baxımlı oyun göstərməyə ehtiyacımız var. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Təhlükəli və texnikası yüksək olan futbolçulara qarşı oynayacağıq. Buna görə də biz yerimizdə oturub Avropa Liqasından kənarda qalmaq haqqında düşünə bilmərik. Əvvəlki oyunlarda olduğu kimi burda da hücum futbolundan istifadə edəcəyik. İndiyə qədər bu taktikadan yararlanmışıq, bundan sonra da bu sistemi dəyişməyi düşünmürəm”.
Qeyd edək ki, “Linfild” - “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də “Vindsor Park”da başlayacaq. Cavab oyunu avqustun 29-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
“Sabah” səfər oyununa hazırlıqları davam etdirir - Şəkillər
Fabio Kannavaro Özbəkistan millisi ilə razılığa gəldi
“Neftçi” “Zirə” ilə matça tam heyətlə çıxacaq
“Şəfa” MOİK-ə 4 qolla qalib gəldi, “Səbail” xal itirdi
İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
AFFA prezidenti FİFA rəhbərinə təşəkkür etdi
Premyer Liqada 7-ci turun təyinatları açıqlandı
Bəhlul Mustafazadə: “Bundan artığı niyə də olmasın?”
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
İlin ən yaxşı minifutbolçusu
Arteta, Qvardiola...
Almaniya millisinin heyəti açıqlandı
"Barselona"da yeni müqavilə olacaq
"Kopenhagen" Bakıda loqosuz forma ilə oynadı
2-ci liqada oyunların saatı bilindi
Tovuz stadionunda işlər yekunlaşmaq üzrədir - Video
Debüt matçında zədələndi, 1 il oynamayacaq