Kloppdan qadın hakimlərin idarəçiliyinə yüksək qiymət

Kloppdan qadın hakimlərin idarəçiliyinə yüksək qiymət
DÜNYA FUTBOLU 15 Avqust 2019 / 12:09 3365
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Çelsi" ilə keçirilən UEFA Superkubokunda qadın hakimlərin idarəçiliyindəın danışıb.

Qol.az xəbər verir ki, almaniyalı mütəxəssis görüşdən sonra UEFA-nın saytına açıqlamasında referilərin matçı mükəmməl idarə etdiklərini bildirib:

"Oyundan sonra hakimlərə dedim ki, biz onların idarəçilyi kimi yaxşı oynasaydıq, 6:0 qalib gələrdik. Onlar tapşırığın öhdəsindən əla gəldilər. Bu, tarixi bir məqamdır. Yəqin ki, böyük məsuliyyətin çətinliyini yaşadılar, ancaq sakit oldular və nə etməliydilərsə,onu da etdilər. Matçın baş hakimi  Stefani Frapparta hörmətim böyükdür".

Xatırladaq ki, tarixdə ilk dəfə olaraq UEFA yarışlarında kişilərdən ibarət turnirin oyununu qadın hakim idarə edib. Matçı "Liverpul" penaltilər seriyası ilə (5:4) qazanıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı