"Azərbaycana yaxşı nəticə ilə qayıtmağa çalışacağıq" - Dario Frederiko

"Azərbaycana yaxşı nəticə ilə qayıtmağa çalışacağıq" - Dario Frederiko
XƏBƏR 14 Avqust 2019 / 21:28 4159
-  A +

"Həftəboyu oyuna yaxşı hazırlaşmışıq".

Bunu "Neftçi"nin futbolçusu Dario Frederiko Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubu ilə cavab qarşılaşması öncəsi keçirilən mətbuat konfransında deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, komandasının qələbəsi üçün bütün gücünü meydanda qoyacaq: "Artıq rəqibimizi yaxşı tanıyırıq. Çünki bir həftə öncə onlarla qarşılaşmışıq. Hazırda isə oyunlarını analiz etmişik. Çalışacağıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək və Azərbaycana yaxşı nəticəylə qayıdaq. Oyunumda əsas keyfiyyətlərimdən biri driblinqlərimdir. Çalışıram ki, rəqibin neçə futbolçusunu keçim. Bununla da hücumumuzu daha da asanlaşdırıram. Yenə üstün oyunumla seçilmək arzusundayam".

Qeyd edək ki, Bakıda "Bney Yehuda" ilə 2:2 oynayan "Neftçi" cavab oyununa sabah Bakı vaxtı ilə saat 21:00-da çıxacaq (APA).


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı