"Sevilya"dan "Monako"ya - 40 milyona

"Sevilya"dan "Monako"ya -  40 milyona
DÜNYA FUTBOLU 14 Avqust 2019 / 13:27 3176
-  A +

“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, knyazlıq təmsilçisi  “Sevilya”dan Vissam Ben Yedderi transfer edib.  29 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. “Monako” Ben Yedder üçün “Sevilya”ya 40 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Fransa millisin üzvü  2016-cı ildə “Tuluza”dan “Sevilya”ya keçmişdi. La Liqa klubunda 130 rəsmi oyuna çıxan hücumçu, 70 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər