APOEL gəlir

APOEL gəlir
ÖLKƏ FUTBOLU 11 Avqust 2019 / 12:27 3464
-  A +

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ı rəqibi olan APOEL bu gecə Bakıya gəlir.

Ağdam klubunun mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, Nikosiya təmsilçisini çarter reysi ilə gətirəcək təyyarənin gecə saat 2-də Bakıya enəcəyi gözlənilir. Sabah saat 19.30-da isə APOEL-in matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, APOEL evdəki matçda “Qarabağ”a 2:1 hesabı ilə uduzub. Bu komandaların cavab görüşü avqustun 13-də olacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki