SOCAR-ın sponsoru olduğu komanda İrəvanda qalib gəldi - oyun efirə verilmədi

SOCAR-ın sponsoru olduğu komanda İrəvanda qalib gəldi -  oyun efirə verilmədi
XƏBƏR 7 Avqust 2019 / 12:40 8326
-  A +

Ermənistan telekanalları Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Ararat” (Ermənistan) – “Saburtalo” (Gürcüstan) matçını canlı yayımlamaqdan imtina edib.

Qol.az xəbər verir ki, buna səbəb “Saburtalo”ya Azərbaycanın dövlət şirkəti SOCAR-ın sponsorluq etməsi olub. Ermənilər SOCAR-ın loqotipini göstərməmək üçün oyunu yayımlamayıb.


Qeyd edək ki, İrəvanda keçirilən görüşdə “Saburtalo” 2:1 hesablı qələbə qazanıb.



Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"