"Keşlə" son oyununda qalib gəldi

"Keşlə" son oyununda qalib gəldi
ÖLKƏ FUTBOLU 4 Avqust 2019 / 19:04 2940
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün sonuncu yoxlama matçını keçirib.
 
Qol.az xəbər verir ki, paytaxt klubu Türkiyənin 3-cü liqa təmsilçisi “Batman Petrolspor”la  qarşılaşıb.
 
Görüş Tərlan Əhmədovun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları yeni transfer Lorenso Frutos və Vüsal İsgəndərli vurub.
 
Qeyd edək ki, "Keşlə" buna qədər "Osmanlıspor"la heç-heçe (0:0) edib, "Rizəspor"a isə 0:3 hesabı iə uduzub.

Daha çox


Son xəbərlər